Azərbaycanca
English
 

  • Tük əkilməsi
  • Üzün estetikası
  • Lazer epilasiyası
  • Liposaksiya
  • Burun estetikası
  • Dodaq estetikası
  • Göz estetikası
  • Selulitin ərhələli üsulla tam müalicəsi
  • Dodaq - damaq yarıqları


    Rekonstruktiv və Estetik Problemləri ilə Doğuşdan Gələn bir Anomaliya.

    Dodaq-damaq yarıqları hər 600 - 800 doğumda 1 sıxlıqla görülən doğuşdan gələn bir anormallıqdır. Bu yarıqlar tək tərəfli, iki tərəfli, tam ya da qismi ola bilərlər. Bu anormallıqla qarşılaşan ailə, mövzu haqqında ətraflı məlumatı olmadığından ötrü ümumiyyətlə dərin bir xəyal qırıqlığı və qorxu yaşayırlar. Halbuki günümüzdəki müxtəlif tibb sahələrinin iştirakı ilə bir briqada çalışması aparılaraq bu uşaqların müalicələri və tamamən normal bir insan olaraq həyatlarına davam etmələri mümkündür.

    Dodaq-damaq yarıqlarının müalicəsində vəzifə alacaq mütəxəssislər: Plastik cərrah, Uşaq doktoru, Diş doktoru, Qulaq burun boğaz mütəxəssisi, danışma terapisti, Psixiatr və Genetika mütəxəssisidir.

    Dodaq damaq yarıqlı uşaqlarda görülən problemlər və həlləri:

    BƏSLƏNMƏ-BÖYÜMƏ VƏ İNKİŞAF:

    Damaq yarığı var isə, yarıqdan ötrü ağız içində kifayət qədər əmmə təzyiqi meydana gələ bilməyəcəyindən ötrü bu uşaqlarda əmmə çətinliyi və buna bağlı da bəslənmə əskikliyi görülür. Əmmə çətinliyi olan bu uşaqlarda udma refleksi vardır; uyğun pozisiyada , uyğun qida ilə və texnikasına uyğun bəslənirlərsə bu bəslənmə çətinliyindən təsirlənmirlər. Bununla birlikdə, doğru bəslənmə təlimini alan ailələrin bəbəklərində qidaların tənəffüs yollarına qaçması daha nadir olacağından, tənəffüs yolları infeksiyaları da daha az görülməkdədir.

    Uşaq doktoru tərəfindən bəslənmə yaxşı kontrol edilərsə, plastik cərrahinin əməliyyat təqviminə uyğun kilo və inkişaf təmin edilə bilər. Bu məqsədlə, əvvəlcə diş həkimi tərəfindən, əməliyyat olacağı zamana qədər damaq yarığını bağlamağa yarayan "obturator" adlı bir damaq protezi doğumdan sonra dərhal hazırlanır və istifadə edilməyə başlanır. Bu protez uşağın əmməsini mümkün hala gətirir.

    Vacib qeyd: Bu uşaqlar damaq yarığı səbəbi ilə tez tez üst tənəffüs yolları infeksiyasına məruz qalırlar; ancaq hər zaman xatırlanmalıdır ki, damaq bərpası həyata keçirilənə qədər "badamcıq vəzisi əməliyyatı" aparılmamalıdır.
     
    Designed by I.Guliyev



    © Xətai Estetik Klinikası