Azərbaycanca
English
?onneee
 


Plastik cərrahiyyə


Plastik əməliyyatlar

  • "Gözəllik" deyəndə bizdə nə təsəvvür yaranır?

    Kimsə mütləq dahi sənətkarların ölməz rəsm əsərlərindəki təsvirləri xatırlayır, kiminsə gözündə sevimli kinoaktrisanın surəti canlanır. Özünü kifayət qədər gözəl hesab edənlər, yəqin ki, vardır, lakin öz xarici görünüşündə bu və ya digər qüsurları görənlər daha çoxdur.

    Biz, insanların quruluşu belədir, aynadakı əksimizdən nadir hallarda razı qalırıq. Bu necə ədalətsizlikdir, - deyə düşünürük, - ruhumuz hələ cavandır, ətrafdakıları hələ məftun edib, təəccübləndirmək istəyi var, amansız ayna isə göz ətrafındakı qırışları və ya bəzi yerlərdə həddindən artıq girdələşmiş bel nahiyəsini və yaşın digər "gözəlliklərini" nümayiş etdirir. Fikirləşirsiniz ki, çıxış yolu yoxdur? Səhv edirsiniz!

    Bu dəyişiklikləri artıq kosmetikanın vasitəsi ilə gizlətmək mümkün olmayanda plastik cərrahiyyə köməyə gəlir. Onun ikinci adının estetik cərrahiyyə olması əbəs yerə deyildir, çünki bu sahədəki mütəxəssislər heykəltəraş kimi insana tamdəyərli həyat yaşamağa mane olan hər şeyi aradan götürürlər. Eyni zamanda yeni xarici görünüş yaradılır, çox vaxt isə dəyişikliklər xəstənin həyatına da toxunur.

    Müasir plastik cərrahiyyə xarici görünüşdəki bir çox problemləri həll etməyə imkan verir. Yeri gəlmişkən, olduqca qədim tarixə malik olmasına baxmayaraq plastik cərrahiyyə daima yeni metodik üsullarla zənginləşir, həmin kateqoriyadan olan xəstələrə maksimum dərəcədə effektiv yardım göstərilməsi üçün yeni aparatlar və müxtəlif cihazlar hazırlanır.

    Çox vaxt plastik əməliyyatlar xəstənin öz xarici görünüşünü daha həmahəng və cəlbedici etmək, bu və ya digər bədən ölçülərini ideala yaxınlaşdırmaq istəyi ilə həyata keçirilir. Lakin bir şeyi də unutmaq lazım deyil ki, bəzən yalnız plastik cərrahiyyə insana normal cəmiyyətə uyğunlaşmaq imkanını qaytarmaq iqtidarındadır. Körpənin şəlpə qulaqlarının, həyati göstəriciləri üzündən bir və ya hər iki süd vəzisi çıxarılmış qadınların, dərisində böyük çapıqları və ya yaraları olan insanların uşaqlarda nə qədər gülüş doğurduğunu yada salmaq kifayətdir.

    Plastik cərrahiyyənin yalnız daha cazibədar olmaq imkanı deyil, həyatını yaxşılığa doğru dəyişmək üçün real şans olduğunu başa düşməkdə bu misalların yetərli olduğunu düşünürük. Bu gün plastik cərrahların xidmətləri artıq ancaq seçilmişlərə məxsus deyil, ölkəmizin bir çox ixtisaslaşmış klinikaları yetərincə əlverişli qiymətlərə xidmət təklif edirlər ki, bu da plastik əməliyyatların keyfiyyətini heç də aşağı salmır.

    Sizin dəyişikliklərə ehtiyacınız var? Bunun üçün bu gün siz bütün imkanlara sahibsiniz!

    Portalda sizə plastik əməliyyatın tarixi haqqında danışmaq, əməliyyatların tərif və izahını vermək, yaxud da klinikalar və plastik cərrahlar haqqında sorğu məlumatlarını sadalamaq istəmirik. Xəstələr üçün hər yerdə əldə edilə bilən bu məlumatlar, artıq nəzərdə tutulmuş əməliyyatın həyata keçirilməsi üçün klinika və cərrah seçimində düzgün qərar vermək imkanı kimi vacib deyildir.

    Bizim vəzifəmiz özləri haqqında istənilən səviyyəli məlumatları açıq şəkildə təqdim edən az sayda klinika və plastik cərrahlardan ən yaxşılarını seçmək (ilk növbədə, Sizin köməyinizlə) və onların fəaliyyətini maksimum dərəcədə işıqlandırmaqdır. Plastik cərrahiyyəyə dair məlumatı ehtiva edən hər bir səhifə elə hazırlanmışdır ki, Siz əməliyyat haqqında geniş məlumat ala, ixtisas, işləmə metodları, plastik cərrahın şəxsiyyəti və əlaqə telefonları ilə tanış ola biləsiniz.

    Seçim etməkdə Sizə klinikaların və plastik cərrahların reytinqləri, klinika və cərrahlar haqqında yalnız Sizin təqdim etdiyiniz məlumatlardan tərtib edilən rəylər kömək edəcək. Bütün məlumat və rəylər mütləq Plastic-club.ru portalının mütəxəssisləri tərəfindən yoxlanılır. İstənilən zaman hər növ əməliyyatlar üzrə psixoloji testlərdən keçmək və Sizin onlara hazır olub-olmadığınızı öyrənmək mümkündür. Forumda Sizin bilavasitə Sizi maraqlandıran plastik cərrahlara öz suallarınızı vermək, onların artıq əməliyyat etdirmiş xəstələri ilə ünsiyyət saxlamaq, məsləhət və ya tövsiyələr almaq imkanınız vardır.

  • Kosmetologiya

    Hər gün biz kiçik möcüzələrin şahidi oluruq. Nadinc və əlvan yayı qızılı və mülayim payız əvəz edir. Payız mövsümü ağappaq büllur qışla əvəz olunur. Ancaq cəmi üç aydan sonra təbiət öz yeni görkəmi ilə bizi valeh etmək, bizə ilk çiçəklərin ətrini hiss etmək, quşların nəğmələrini eşitmək imkanı vermək üçün yenidən canlanır. Biz həyatdan tam şəkildə həzz almağa tələsir, oxuyur, işləyir, sevdiyimiz insanlarla ünsiyyət saxlayır, uşaqlarımızı böyüdürük. Lakin bir dəfə güzgüyə baxanda görə bilərik ki, həyat bizim görünüşümüzdə öz düzəlişlərini edib. Bunu daha gec kəşf etmək üçün kosmetologiya sahəsinin mütəxəssislərinin tövsiyələrinə diqqətlə qulaq asmaq lazımdır. Mövcud olduğu müddət ərzində kosmetologiyaya çoxlu sayda təriflər verilmişdir: gözəllik haqqında elm, yaşlanma ilə mübarizə və bir çox başqaları.

    Gözəl qadınlar qədim zamanlardan öz cazibədarlığını qoruyub saxlamaq üçün təbiət qüvvələrindən istifadə edirdilər. Müasir kosmetologiya – qədim biliklərin, təbii komponentlərin şəfaverici gücünün, elmi kəşflərin və ən yeni texnologiyaların qeyri-adi sintezidir. Bu gün kosmetologiya təkcə dəri və saçlara qulluq vasitəsi deyil, eləcə də aparat metodikaları, salon prosedurlarıdır.

    Düşünülmüş kosmetik prosedurlar komleksi sayəsində, istənilən yaş kateqoriyasına aid olan xəstələrdəki dəri problemlərini aradan qaldırmaq mümkündür. Gəncliyində çoxları dərinin həddindən artıq yağlılığından, civzə və sızanaqlardan və dərinin digər iltihabi dəyişikliklərindən əziyyət çəkirlər. Xüsusi proqramlar heç bir iz qoymadan həmin problemləri aradan qaldırmağa kömək edəcək.

    İlk qırışlar artıq 25-30 yaşda əmələ gələ bilər. İlk qırışların əmələ gəlmə müddətini uzatmaq, yaranmağa başladığı halda isə onları effektiv və təhlükəsiz korreksiya etmək imkanı verən metodikalar mövcuddur. Bəzi xəstələri dəridəki piqment ləkələri narahat edir, onları həmçinin kosmetoloji prosedurlar vasitəsilə də aradan qaldırmaq mümkündür.

    Qırışlar, dərinin solğun rəngi, dəridə müxtəlif yenitörəmələr, xoşagəlməz tüklərin meydana çıxması kosmetologiyanın uğurla öhdəsindən gəldiyi problemlərin heç də hamısı deyildir. Fayda və həzzi birləşdirən gözəl imkanlardan biri SPA prosedurlarıdır.

    Kosmetologiyanın bir çox aparat üsulları sellülit və onun ağır formalarının kompleks müalicəsində geniş tətbiq edilir.

    Belə qəbul olunmuşdur ki, insan otuz yaşına çatandan sonra, özünün yaratdığı xarici görünüşə sahib olur. Sizin xüsusiyyətlərinizi nəzərə alaraq, üz və bədənə qulluq üçün kosmetik vasitələri peşəkar kosmetoloq seçə bilər. Yalnız belə olduğu halda Siz tam əmin ola bilərsiniz ki, rəfinizdə duran krem qabında sürətlə keçən zamanı dayandırmaq, fəsil dəyişkənliyini və təqvim tarixlərini müşahidə etmək imkanı vardır. Bu zaman aynadakı əksin necə dəyişdiyini görməyə imkan belə olmayacaq.

  • Lazer cərrahiyyəsi

    Müasir tibdə həkimin təcrübəsi və qızıl əllərindən başqa, ən yeni və yüksək texnoloji avadanlıqlar da böyük əhəmiyyət kəsb edir. Estetik tibdə həkimin əsas köməkçisi kimi müxtəlif lazerləri göstərmək olar. Cərrahiyyədə lazer aparatlarının tətbiq edilməsi əməliyyatları yeni və daha travmatik üsullarla yerinə yetirmək imkanı verir.

  • Estetik lazer cərrahiyyəsi

    Gündən-günə lazer cərrahiyyəsi estetik tibb üçün daha çox imkanlar yaradır. Lazer vasitəsilə həyata keçirilmiş estetik əməliyyatlar daha az reabilitasiya müddəti ilə yanaşı, daha aydın və qalıcı effektə malikdir. Lazer cərrahları klassik metodlarla yanaşı, lazer metodlarına da bələd olan nadir mütəxəssislərdir. Onlar daima öz təcrübələrini inkişaf etdirirlər, çünki istənilən lazerin tətbiqi xüsusi təlim və sertifikat tələb edir.
  •  
    Designed by I.Guliyev



    © Xətai Estetik Klinikası